Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

Ümumdünya Səhiyyə Təşkilatının (ÜTT) yeni hesabatına görə, dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Sentyabrın 4-də yayılmış hesabatda deyilir ki, ÜTT bütün dünyada 10 illik intihar rəqəmlərini təhlil edib.

Aşkarlanıb ki, hər il 800 min nəfər özünü öldürür. 15-29 yaşlılar arasında ölümün ikinci əsas səbəbi məhz intihardır. 70 və daha yaşlılar arasında intihar birinci yerdə gəlir. İntiharların 75 faizi isə yoxsul və orta gəlirli ölkələrin əhalisi arasındadır.

ÜTT bildirir ki, intihar əsasən tabu adlandırılan «böyük sağlıq problemidir». Agentliyin məlumatına görə, odlu silah və zəhərli kimyəvi maddələrə çıxışın məhdudlaşdırılması intiharların azalmasına gətirir, bu məqsədlə milli strategiyanın hazırlanması da səmərəli olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG