Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:18

Əfqanıstanda prezidentliyə namizədlər birlik hökuməti yaratmağa söz verirlər


Ashraf Ghani (sol) və Abdullah Abdullah
Ashraf Ghani (sol) və Abdullah Abdullah

-

Əfqanıstanda prezidentliyə rəqib namizədlər NATO liderlərinə bildiriblər ki, seçki bülletenləri ilə bağlı mübahisə bitən kimi milli birlik hökuməti yaradacaqlar.

Sentyabrın 4-də NATO sammitinə göndərilən birgə məktubda Ashraf GhaniAbdullah Abdullah yazıb ki, «Biz bütün tərəflərin iştirakıyla siyasi baxışa inanırıq, milli birlik hökuməti formalaşdıracağıq».

NATO baş katibi Anders Fogh Rasmussen-in sözlərinə görə, NATO liderləri bu mesajı alıb. Hazırda kütləvi seçki saxtakarlığı iddialarının araşdırılması üçün BMT-nin rəhbərliyi ilə bülletenlər yoxlanır.

Rasmussen bildirib ki, əfqan prezidentinin NATO ilə təhlükəsizlik sazişini imzalamalı olduğu «tarixə yaxınlaşırıq». Bu saziş alyans qüvvələri 2014-cü ilin sonunda çıxandan sonra kiçik qüvvənin Əfqanıstanda qalmasına imkan yaratmalıdır. Prezident Hamid Karzai sazişi imzalamaqdan imtina edib.

XS
SM
MD
LG