Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:49

-

NATO liderləri İslam Dövləti (İD) silahlı qruplaşmasının yaratdığı qlobal təhlükəni dəyərləndirirlər. NATO baş katibi Anders Fogh Rasmussen deyib ki, beynəlxalq ictimaiyyətin İD-nin irəliləməsini saxlamaq «öhdəliyi» var. Rasmussen Uelsdə NATO samitinin birinci günü danışıb.

İD yaraqlıları İraqın şimalında və qərbində böyük ərazilər ələ keçirib, Suriyaya da giriblər.

Rasmussen əminliyini bildirib ki, müttəfiqlər İraqa yardım barədə «ciddi» düşünəcəklər.

Sentyabrın 4-də Britaniyanın «The Times» qəzetində dərc olunan məqalədə, ABŞ prezidenti Barack Obama və Britaniyanın baş naziri David Cameron deyib ki, NATO «Şimali Afrika və Yaxın Şərqdən gələn sabitsizliyə cavab olaraq alyansı gücləndirməlidir».

İD yaraqlıları Bağdadın şimalında sünni kəndində 50 nəfəri oğurlayıb. Onlar İD-nin bayrağını yandırmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG