Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

-

Xədicə İsmayıl sərbəst buraxılıb. O, AzadlıqRadiosuna bildirib ki, üstündəki pulu dəfələrlə sayıb, kartlarını dəfələrlə yoxlayıblar. Ondan pul barədə deklarasiya təqdim edib-etmədiyini soruşublar.

***

Jurnalist Xədicə İsmayıl səhər saatlarında Gürcüstandan ölkəyə qayıdarkən Bakı hava limanında saxlanılıb. O, hazırda sərhədçilərin onu dindirdiyini deyir:

«Pasport yoxlanışından keçəndə sərhədçilər məni saxladılar, içəri otaqlardan birinə gətirdilər. Məndən üstümdə nə qədər pul olduğunu, hara və nəyə görə getdiyimi soruşurlar. Çantamın içini yoxladılar. Gürcüstanda ayağım sınmışdı, sərhədçilər ayağımın sarığını belə açıb yoxlayırlar. Hələ ki qapalı otaqda saxlanılıram».

Xədicə İsmayıl bir neçə gün əvvəl beynəlxalq konfransa iştirak etmək üçün Gürcüstana getmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG