Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Almanlar borc böhranından daha çox narahatdır, nəinki Ukraynadan


Almaniyada keçirilən sorğuya görə, avrozonada iqtisadi vəziyyət almanları daha çox narahat edir, nəinki Ukrayna böhranı kimi xarici münaqişələrə Almaniyanın cəlb olunması.

Media başlıqlarında Ukrayna , Avrozonada borc böhranını sıxışdırıb çıxarsa da, avrozonada maliyyə vəziyyəti pis olan ölkələrin böhrandan çıxarılması Almaniya vergi ödəyənlərini daha çox narahat edir.

Rəyi soruşulan hər 10 adamdan 6-sı avrozonada borc böhranından narahatdır. Ukrayna böhranından narahat olanlar isə hər 10 adamdan 4-üdür.

Reutersin məlumatına görə, 1992-ci ildən ölkə boyu keçirilən bu sorğu həmişə alımanların qayğıları arasında birinci yerdə dolanaşıq durur.

İndiki sorğuda 37 faiz Ukrayna böhranından narahatdır. Ancaq bu dolanışıqdan, səhhətdən və cəmiyyətin qocalmasından olan narahatlıqdan azdır.

XS
SM
MD
LG