Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:08

Öz bankını 4,9 milyard avro ziyana salan fransalı dəllal ev dustaqlığına buraxılıb


2008-ci ildə səhv ticarət əməliyyatı ilə işlədiyi Societe Generale bankını 4,9 milyard avro ziyana salan fransalı dəllal Jerome Kerviel məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Prokurorun etirazlarına baxmayaraq, indi o, sərbəst gəzə bilər, yalnız axşam saat 8:30-dan 7:00-a kimi evdə olmasa polisə xəbər verməlidir.

2008-ci ildə bankın milyardlarını itirən 37 yaşlı Kervielı 5 il həbsə məhkum etmişdilər. Ancaq sonra o və vəkilləri məhkəmədə bildirdilər ki, bank onun fəaliyyətinə həmişə göz yumurmuş.

İndi Kerviel ev dustaqlığında özünü yaxşı aparsa, ghələn ilin iyununda azadlığa çıxa bilər.

XS
SM
MD
LG