Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:39

Minskdə razılaşma olsa, Poroshenko sentyabrın 5-də atəşkəs elan edəcək


Ukrayna prezidenti Poroshenko deyib ki, sentyabrın 5-də Minskdə Ukrayna üzrə Kontakt qrupunun toplantısı nəzərdə tutulduğu kimi getsə, sentyabrın 5-də atəşkəs elan edəcək.

Poroshenko Uelsdə NATO sammiti tədbirlərində deyib ki, “Yerli vaxtla saat 14:00-da mən Baş qərargaha atəşkəs elan etmək əmri verəcəyəm. Ümid edirəm ki, sülh planı sabah başlanacaq”.

O deyib ki, Minskdə sülh planını tədrici reallaşdıran sənəd imzalanmalıdır.

Separatçıların liderləri də bildirirlər ki, Minskdə razılaşma əldə olunsa, sentyabrın 5-də onlar da atəşkəs elan edəcəklər.

XS
SM
MD
LG