Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:48

Azərbaycan 144 ölkə arasında 38-cidir


-

Azərbaycan öz iqtisadiyyatının rəqabət qabiliyyətinə görə, 144 ölkə arasında 38-ci yerdədir. Bir il qabaq Azərbaycan 39-cu yeri tuturdu.

Dünya İqtisadi Forumu Qlobal Rəqabətlilik Hesabatını yayıb.

Bu hesabat hər bir ölkədə iqtisadiyyatın rəqabət qabiliyyətini və əhalinin rifahını müəyyən edən amillərin qiymətləndiriıməsi əsasında hazırlanır.

Həmin 12 amil bunlardır: qurumlar, infrastruktur, makroiqtisadi mühit, səhiyyə və icbari təhsil, ali təhsil və təhsil səviyyəsinin artırılması, mal bazarlarının səmərəsi, əmək bazarının səmərəsi, maliyyə bazarları, texnoloji hazırlıq, bazarın böyüklüyü, innovasiyalar, biznes infrastrukturu.

6-cə ildir ki, bu siyahıya İsveçrə başçılıq edir. Sinqapur 2-cidir. ABŞ son iki ildə vəziyyətini düzəldərək, indi 3-cü yerə çıxıb. Finlyandiya 4-cü, Almaniya 5-cidir.

Azərbaycan bu il Çexiya ilə eyni qiyməti alıb. Siyahlıda onlardan yuxarı olanlar Portuqaliya (36-cı yer) , İspaniyadır (35-ci yer).

Azərbaycandan sonrakı yerlərdə Mavritaniya, Küveyt gəlir.

Qazaxıstan, Rusiya, Gürcüstan, Ermənistan Azərbaycandan aşağı yerləri tutub.

Gürcüstan 69-cu, Ermənistan 85-cidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG