Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

-

Obamanın Yaxın Şərq strategiyası varmı? Varsa, burda böyük boşluqlar var.

Putin Rusiyanın məğlub olmasını istəyən Lenini satqın adlandırır.

Moskvanın Gürcüstanı parçalamaq planı.

Brzezinski 1994-cü ildə Ukraynaya iqtisadi islahat aparmağı təklif edirdi.

Ukrayna intellektualları deyirlər ki, Krımı və Donbası sərbəst buraxıb, Ukraynanın qalan hissəsini Qərbə aparmaq lazımdır.

Dünya mediası bu gün nədən yazır?

NATO GÜCLƏNDİRİLMƏLİDİR

ABŞ prezidenti Barack Obama və Britaniyanın baş naziri David Cameron NATO sammitinin başlandığı gün Times qəzetində birgə məqalə yazıblar. Məqalədə İslam dövləti yaraqlılarının amerikalı jurnalistlərin boynunu vurması videoları, indi isə Britaniya vətəndaşını öldürəcəkləri ilə hədələməsi haqda deyilir ki, vəhşi qatillər onları qorxuda bilməz.

Obama və Cameron dünyadakı vəziyyət haqda yazırlar ki, Rusiya qanununsuz olaraq Krımı anneksiya edir, öz qoşunlarını Ukraynaya yeridir, suveren dövləti hədələyir, Şimali Afrikadan Yaxın Şərqə kimi sabitsizlikdir.

Dünya liderləri belə vəziyyətdə bir çıxış yolu görürlər: NATO-nu gücləndirmək.

BÖYÜK BOŞLUQLAR

Washington Post qəzeti yazır ki, Barack Obamanın Yaxın Şərq strategiyasında böyük boşluqlar var.

Qəzet Obamanın bu günlərdə dediyi sözləri sitat gətirir ki, Yaxın Şərq 20, 25, 30 il əvvəl olduğundan daha təhlükəsizdir.

Qəzetin fikrincə, bu, düz ola bilər və ya səhv, ancaq məsələ ondadır ki, amerikalı jurnalistin boynu vurulan video yayılan vaxt prezident bundan danışmamalıdır, o, Əl Qaidadan da güclü olan təşkilatla necə mübarizə aparmağın strategiyasını ortaya qoymalıdır.

Onun belə strategiyasının olmağına şübhəsini gizlətməyən qəzet yazır ki, Obamanın təkid etdiyi kimi, belə strategiya varsa, onda bu strategiyada böyük boşluqlar var.

Qəzetin fikrtincə, ən vacibi odur ki, Obama Yaxın Şərqdəki təhlükələri minimallaşdırmağı dayandırmalıdır. O həmçinin ABŞ-ın rolunu artırmalıdır. Amerikanın rəhbərliyi olmasa, İslam Dövləti ilə mübarizədə istənilən strategiya uğursuz olacaq.

LENİN SATQINDIR

New Yorker jurnalı yazır ki, Putin indi də Leninə hörmətsizlik nümayiş etdirir. Putin dedi ki, birinci dünya müharibəsində bolşeviklər Rusiyanın məğlub olmasını istəyirdilər, buna görə Rusiya müharibədən qalib çıxsa da heç nə qazanmadı.

Jurnal yazır ki, Putin gənclərlə görüşündə birinci dünya müharibəsi dövründəki fəaliyyətinə görə Lenini satqın adlandırdı. Rusiyada rəy sorğularına görə, əhalinin yarıdan çoxu Leninə müsbət yanaşır. Rusiyanın hər yerində Leninə heykəllər var.

Ancaq indi Rusiya tarixinin Putin versiyası başlanır.

GÜRCÜSTANI PARÇALMAQ PLANI

Jamestown.org yazır ki, Kreml Gürcüstanı parçalaq planını hazırlayır. Bu ilin əvvəlindən bəri Putin Ukraynaya təcavüz edib, Krımı Rusiyaya birləşdirib, Ukraynanı federallığa doğru itələyir.

İndi Kremlin diqqəti Gürcüstana yönələ bilər. Gürcüstan rəsmisi Gia Gvazava deyir ki, Rusiyanın Gürcüstanı parçalamaqla bağlı böyük planı var. Plan Gürcüstanı iki hissəyə bölməyi nəzərdə tutur. Birinci hissə Abxaziyanın genişlənib, Samegrelo rayonu ilə birlikdə yaratdığı ərazidir, ikinci hissə Gürcüstanın şərqdə qalan hissəsidir.

Gvazava deyir ki, Rusiyanın xüsusi xidmətləri Samegreloda separatizmi gücləndirmək üçün əllərindən gələni edirlər.

Jamestown.org yazır ki. Gvazava dediklərinin sübutu olaraq dəlil gətirmir. Ona görə sual yaranır ki, onun dediyi düzdürmü? Jamestown.org buna şübhə etmir. Çünki Moskva həmişə bulanıq suda balıq tutmaq ustasıdır. İkincisi, Gürcüstan qərbpərəst mövqe tutduğuna görə, Moskva doğrudan da Gürcüstanın parçalanmsını istərdi.

BRZEZİNSKİ 1994-CÜ İLDƏ YAZIRDI

Wall Street Journal qəzeti Zbignew Brzezinskinin 1994-cw ilin aprelində Foreign Affairs dərgisində yazdıqlarını yada salır.

Brzezinski yazırdı ki, Ukraynasız Rusiya imperiya olmur, tabelikdə olan Ukrayna ilə Rusiya avtomatik olaraq imperiyaya çevrilir.

Brzezinski 1994-cü ildə xəbərdarlıq edirdi ki, Amerika siyasətini müəyyən edənlər Ukraynanın dağılması təhlükəsi ilə üzləşə bilərlər- iqtisadiyyat düşür, Krım Rusiyanın dəstəklədiyi etnik partlayış həddindədir. İstənilən böhran Ukraynanı parçalaya bilər. Moskvanın dominant olduğu ərazilər əmələ gələ bilər.

Brzezinski ABŞ hökumətini təcili olaraq Ukraynaya iqtisadi yardım göstərməyi və Ukrayna hökumətini iqtisadi islahatlar aparmağa sövq etməyi təklif edirdi.

Brzezinskinin fikrincə, Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə də ABŞ siyasi təminat verməlidir.

3 SEÇİM

Financial Times yazır ki, Ukraynanın hazırda 3 seçimi var: təslim olmaq, müharibəni davam etdirmək, ya da Donbassız , Krımsız Avropaya doğru hərəkət etmək.

Təslim olmaq Donbasa Putinin dediyi dövlətçiliyi vermək deməkdir. Putinin Novorosiya, Yeni Rusiya dediyi, hələ çar dövründə Donbasa verilən adddır.

Bu halda regionun öz iqtisadiyyatı, öz təhlükəsizlik qüvvələri olacaq. Ukrayna federallaşacaq.

Novorosiya vasitəsilə Moskva Ukraynanın qərarlarına veto qoya biləcək.

Müharibəni davam etdirmək halında Ukrayna öz hərbi gücünü yenidən qruplaşdırcaq. Separatçılara və Rusiya əsgərlərinə qarşı partisan müharibəsi aparacaq. Qərb ölkələri bu halda Ukraynaya kömək edəcək.

Ancaq döyüşlər ağırlaşacaq. Donbas iqtisadi baxımdan dağllacaq. Mülki əhali arasında itkilər böyük olacaq. Bundan başqa, Ukrayna ordusu irəliləyən kimi

Rusiya əsgərlərinin Ukraynaya müdaxiləsi də güclənəcək.

3-cü variantı Ukrayna intellektualları dəstəkləyir. Onların fikrincə, Ukrayna Donbasslz və Krımsız qərbə doğru getməlidir. Krım və Donbas onsuz da keçmiş. Sovet ənənələrini yaşadan yerdir və Komunist partiyası və Regionlar partiyalarının dayağıdır. Krımsız və Donbassız Ukrayna tamam başqa ölkə olacaq.

Bu ideyanın dəstəkləyənlər Ukrayna qoşunlarının Donbasdan çıxmasına çağırırlar. Onların fikrincə Ukraynanın qalan hissəsini qorumaq lazımdır.

Financial Times yazır ki. bu yanaşmanın da mənfi tərəfləri var. Putinin iştahı Donbasla və Krımla bitəcəkmi?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG