Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:14

Sahibkarlar hansı sahədə korrupsiya ilə üzləşir?


Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramının birinci ildönümünə həsr olunmuş sərgi, Bakı, 11 fevral 2005
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramının birinci ildönümünə həsr olunmuş sərgi, Bakı, 11 fevral 2005

Ötən həftə Azərbaycanda korrupsiyanın mövcudluğu və onun yaratdığı problemlərlə bağlı bir beynəlxalq, bir də yerli təşkilat hesabat yaydı. Bunlardan birində-Avropa Şurası çərçivəsində fəaliyyət göstərən beynəlxalq GREKO təşkilatının hesabatında Azərbaycanda korrupsiyanın hüquqi, qanunverici, praktik aspektləri, onun miqyası, səbəb və nəticələri analiz edilib. Sonda belə nəticəyə gəlinib ki, korrupsiya “ölkənin sosial, siyasi və iqtisadi inkişafına təhlükə yaradan ciddi problem olaraq qalır”. Azərbaycanda sahibkarların üzləşdiyi korrupsiya halları ilə bağlı olan ikinci hesabatı isə Azərbaycan Sahibkarlar-(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası açıqladı. Həmin hesabat əsasən Azərbaycanın paytaxtı Bakıda və iqtisadi-coğrafi baxımdan daha iri yaşayış məntəqələri olan Gəncə, Əli-Bayramlı və Mingəçevirdə fəaliyyət göstərən 150 sahibkar arasında keçirilən sorğu əsasında hazırlanıb. Elə «Şəffaflığ»ın budəfəki sayında sahibkarların hansı sahədə, necə korrupsiya halları ilə üzləşməsinə aydınlıq gətirməyə çalışır.


Verişin qonaqları Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Ələkbər Məmmədov, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevdir.


ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG