Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:08

-

Ədliyyə Nazirliyi Penitensiar xidməti mediaya müraciət edib. Müraciətdə deyilir ki, son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində xidmətin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri barədə təsdiqini tapmamış və yoxlanılmamış məlumatlar dərc olunmaqdadır.

«Bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığı dəfələrlə bəyan edilib. Subyektiv hisslərdən irəli gələn bu cür məlumatların yoxlanılmadan və aidiyyəti orqanlarla dəqiqləşdirilmədən yayılması ictimaiyyətdə təşviş və həyəcan yaratmağa yönəlib».

Penitensiar xidmət bildirir ki, tabeliyində olan müəssisələrdə saxlanılan bütün şəxslər qanunvericilikdə nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər. Belə ki, təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub.

Qurum bildirir ki, ictimaiyyətdə təşviş yaratmağa yönəlmiş bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir, jurnalist etikasına və peşəkarlığa ziddir.

Bir gün öncə yayılmış məlumatlara görə, dövlət sirrinin və hərbi məsələlərlə bağlı məlumatların yayılmasının qarşısının alınması ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) tərəfindən də təkliflər hazırlanıb və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG