Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:02

İlham Əliyev: Erdoğan hakimiyyətə gələnə qədər Türkiyənin vəziyyəti o qədər də ürəkaçan deyildi


Recep Tayyip Erdoğan və İlham Əliyev
Recep Tayyip Erdoğan və İlham Əliyev

-

«Son 11 il ərzində Türkiyə çox böyük və şərəfi yol keçib. Bunun da bir səbəbi, daha doğrusu, bir səbəbkarı var – mənim əziz qardaşım. Biz hamımız yaxşı bilirik ki, əziz qardaşım hakimiyyətə gələnə qədər Türkiyənin vəziyyəti o qədər də ürəkaçan deyildi. İqtisadi, siyasi böhran yaşanırdı, Türkiyə böyük borc içində idi, beynəlxalq maliyyə qurumları müəyyən dərəcədə öz iradəsini ortaya qoyurdular, diktə edirdilər. Rəcəb Teyyub Ərdoğanın sayəsində, onun fəaliyyəti nəticəsində iqtisadiyyatda bütün xoşagəlməz hallara son qoyulub və Türkiyə inamla inkişaf etməyə başlayıb. Bu gün iqtisadi inkişaf baxımından Türkiyə ön sıralardadır».

Bunu ötən gün prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın şərəfinə verilən rəsmi ziyafət zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bu 11 il ərzində biz bərabər çalışmışıq. Çalışmışıq ki, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənsin:

«Halbuki bu dostluq, qardaşlıq o qədər möhkəmdir ki, bunu daha da möhkəmləndirmək o qədər də asan məsələ deyil. Ancaq biz çalışmışıq ki, tarixdən, əcdadlarımızdan gələn sifariş, bizə verilən vəsiyyət əsasında ölkələrimizin arasındakı birliyi daha da möhkəmləndirək».

XS
SM
MD
LG