Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:49

İlham Əliyev Vladimir Ruşaylonu qəbul edib


Prezident İlham Əliyev sentyabrın 28-də MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Vladimir Ruşaylonu qəbul edib. «AzərTAc» İnformasiya Agentliyinin yaydığı məlumata görə, MDB çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində Azərbaycanın yaxından iştirak etdiyini bildirən dövlət başçısı, MDB onkoloqları və radioloqlarının dördüncü qurultayının Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Vladimir Ruşaylo isə Azərbaycanda belə bir mötəbər tədbirin keçirilməsini yüksək qiymətləndirib.
Görüşdə MDB çərçivəsində əməkdaşlıq və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG