Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:09

Sentyabrın 3-də Moskvada Rusiya və Azərbaycan futbol yığmalarının yoldaşlıq görüşü 4-0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Oyunun artıq 12-ci dəqiqəsində Azərbaycan futbolçuları 2-0 hesabı ilə geridə idilər.

6-cı dəqiqədə Rusiya hesabı açıb 1:0. Qolu Kerzhakov vurub, bir qədər sonra isə hesabı artırıb. Bu, Rusiya hücumçusunun yığmanın tərkibində vurduğu 28-ci qoldur. Rusiya millisi tarixində bundan artıq qol vuran olmayıb. Əvvəlki rekord 26 qol idi .

Birinci hissənin sonunda Sergey İgnashevich hesab arasındakı fərqi artırıb 3-0.

İkinci hissədə, oyunun 78-ci dəqiqsəində Vladimir Granat Azərbaycan yığmasının qapısından keçirib (4-0)

"Avro2016"-nın seçmə mərhələsinə başlayan Azərbaycan yığması ilk oyununu sentyabrın 9-da Bakıda Bolqarıstan millisinə qarşı oynayır. Rusiya ilə görüş Berti Vogts-un rəhbərlik etdiyi yığma komandanın sonuncu yoxlama matçı idi.

Azərvaycan Milli yığma komandası "Ximki Arena" stadionunda aşağıdakı heyətlə oynayıb:

1. Kamran Ağayev

2. Bədavi Hüseynov

3. Rasim Ramaldanov

9. Cihan Özkara

10. Rüfət Dadaşov

13. Dmitri Nazarov

14. Rəşad Sadıqov (kapitan)

15. Ruslan Abışov

17. Vüqar Nadirov

21. Ruslan Əmircanov

25. İlkin Qırtımov

Oyunun gedişində, Berti Vogts aşağıdakı əvəvzediciləri də meydana buraxıb:

8.Qara Qarayev

19. Rahid Əmirquliyev

7. Vaqif Cavadov

4. Mahir Şükürov

16. Cavid Hüseynov

Günün bütün mövzuları

XS
SM
MD
LG