Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:08

«Leyla Yunusa təxribat hazırlanır»


Leyla Yunus
Leyla Yunus

-
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həyatına təhlükə var.

Bu haqda AzadlıqRadiosuna sentyabrın 3-də hüquq müdafiəçisi ilə görüşən vəkil Əlayıf Həsənov məlumat verib.

Onun dediyinə görə, Leyla Yunusa təcridxanada təxribat hazırlanır:

«Leyla xanım dedi ki, Nuriyyə Hüseynova adlı kamera yoldaşı və Nəzakət Məmmədova adlı nəzarətçi bir neçə gündür onu provokasiyaya çəkmək istəyirlər. Nuriyyə Hüseynova ona yuyunmağa və yatmağa imkan vermir. Leyla xanım dedi ki, cümə günü ona qarşı təxribat törədiləcəyi ilə bağlı məlumatı var. Onu provokasiyaya çəkib ən yaxşı halda «karser»ə salmaq istəyirlər. Bu, Leyla xanımın həyatı üçün çox təhlükəlidir. «Karser»ə salmaq onu həm yeməkdən, həm də dərmanlardan məhrum etmək deməkdir».

Əlayıf Həsənov sentyabrın 3-də həbsdə olan digər hüquq müdafiəçisi İntiqam Əliyevlə də görüşüb. Onun dediyinə görə, İntiqam Əliyevin vəkilləri ilə yazışmasına icazə verilmir:

«İntiqam Əliyevə vəkilləri ilə yazışmağa icazə verilmir. Onun yazdıqları hamısı əlindən alınıb oxunur. O, hüququnun pozulması ilə bağlı məhkəmələrə müraciət etmək istəyir».

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da, İntiqam Əliyev avqustun 8-də həbs edilib. Leyla Yunus Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi də daxil olmaqla 6, İntiqam Əliyev isə qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur. Hər iki hüquq müdafiəçisi ittihamları qəbul etmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

XS
SM
MD
LG