Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

Nobel alan yazıçının müəlliminə təşəkkür məktubu


Albert Camus, 1957
Albert Camus, 1957

-

Əgər Nobel mükafatına layiq görülsəydiniz, kimə çox sağ ol deyərdiniz?

1957-ci ildə “Nobel” alanda fransız yazıçısı, "Taun", "Yad" kimi romanların müəllifi Albert Camus öz orta məktəb müəlliminə təşəkkür məktubu yazmışdı.

Müəllimi Louis Germain-in Albert Camus-nun şəxsiyyət kimi formalaşmasında böyük rolu olmuşdu.

Atası müharibədə öləndə Camus 11 aylıq körpə idi. Savadsız olan, üstəlik də qulağı yaxşı eşitməyən anası Camus-u səfalət içində böyütmüşdü.

Camus müəlliminə ünvanladığı 10 noyabr 1957-ci il tarixli məktubunda yazırdı:

Əziz müsyö Germain,

Mən ürəyimin ən dərin guşəsindən gələnləri sizə yazmaq üçün bu günlər ətrafımda olan səs-küyün bir qədər səngiməsini gözlədim.

Lap bu yaxınlarda mənə heç zaman arzulamadığım, almağa can atmadığım bir ali mükafat verildi.

Xəbəri eşidən kimi yadıma ilk düşən anam, sonra da siz oldunuz.

Siz olmasaydınız, mənə - balaca bir kasıb uşağa uzatdığınız mehriban əlləriniz olmasaydı, mənə öyrətdikləriniz, şəxsi nümunəniz olmasaydı, bunların heç biri baş verə bilməzdi.

Mən bu cür mükafatlara elə də çox önəm vermirəm.

Amma bu, ən azından, o zaman da, indi də məndən ötrü kim olduğunuzu sizə deməyim, ürək genişliyinizin, səylərinizin, əməyinizin balaca şagirdlərinizdən biri üçün hələ də bəhrəsini verməkdə olduğuna əmin etməyim üçün bir fürsətdir. O şagird ki, illər keçsə də, hələ də özünü müəlliminə borclu sayır.

Sizi öpüb bağrıma basıram.

Albert Camus”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG