Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:25

Yaponiyada birdən-birə 5 qadın nazir təyin olunub


Yaponiyanın baş naziri Abe rekord vurub: o, birdən-birı 5 qadını nazirlər kabinetinin üzvü təyin edib.

Nazirlər kabinetində hazırda 13 kişi və 5 qadın var.

Yaponiyada parlament üzvlərinin 10 faizi, Yaponiya şirkətlərinin idarə heyətlərinin isə cəmi 3,9 faizi qadınlardır.

Müqayisə üçün, ABŞ-da şirkətlərin rəhbərliklərində qadınlar 12 faizdir. Fransada isə bu, daha çoxdur - 18 faiz.

Yaponiyanın baş naziri Abe 2020-ci ilə gender məsələsində hədəf də qoyub- özəl və dövlət sektorunda rəhbərlikdə qadınlar azı 30 faiz təşkil etməlidir.

Yaponiya Qlobal Gender Fərqi hesabatında dünyada 105-ci yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG