Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:45

Tofiq Yaqublu və İlqar Məmmədovun apellyasiya məhkəməsi keçirilib


-

Sentyabrın 3-də Şəki Apellyasiya Məhkəməsi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, REAL Hərəkatının sədri İlqar Məmmədov və 8 nəfər digər İsmayıllı məhbusunun şikayətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib. Vəkilin dediyinə görə, prosesdə əsasən şahidlər dindirilib:

«Keçən prosesdə Mingəçevir rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlovun şahid qismində ifadə verməsi ilə bağlı vəsatət qaldırmışdıq. Vəsatət təmin olunsa da, məhkəmə polis rəisini dindirmədi. Əlavə hal şahidləri dindirildi».

Növbəti məhkəmə prosesi sentyabrın 4-ə təyin olunub.

2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı iğtişaşlarında ittiham olunan 18 nəfərə hökm oxunub.

REAL Hərəkatının lideri İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il, digər 8 nəfər isə 8 ilədək azadlıqdan məhrum edilib.

İlqar Məmmədov və Tofiq Yaqublu həbslərini siyasi sifariş sayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG