Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07

-

Sahilsiz göy üzündə

Çırpınan əllər görünür.

Neçə lal dənizində

Əl boyda dillər görünür.

İlk insandan başlayan,

əsrləri xışlayan

sözün təməli danışır,

Lalların əli danışır.

Qayalar silkələnib –

Hey kəl olmaq istədi.

Daşlar dil açsın deyə

Heykəl olmaq istədi

Əlin əməli danışır,

Lalların əli danışır.

Soltan Yusif şerini

Əli ilə oxudu.

Həmin gün ilmələrlə

Neçə şeir toxudu.

Əllərdən boy göstərib

Qəlblərin teli danışır.

Lalların əli danışır.

Rəhbərlər vədli – vədli,

Yalanı “ulu” danışır.

Dəlilər zodlu – zodlu,

Olanı dəli dnaışır

Soltan Yusiflər odlu –

Onların əli danışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG