Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:17

Korrupsiya ildə 1 trilyon dollar ziyan vurur


Korrupsiya, pul yuma kasıb ölkələrə ildə 1 trilyon dollar ziyan vurur. Bunu kasıblıqla mübarizə üzrə qeyri-hökumət təşkilatı olan ONE bildirib.

Bu təşkilatı U2 rok qrupunun solisti Bono yaradıb.

ONE bildirir ki, bu pul düzgün istifadə olunsaydı bundan təkcə vergilər 38-64 milyard dollar olardı və büdcələrə bu qədər əlavə pul gələrdi.

Təşkilatın hesabatı böyük 20-liyin Avstraliyada sentyabrın 20-də başlanmalı görüşü ərəfəsi verilib.

ONE böyük 20-liyə korrupsiya ilə 4 istiqamət üzrə mübarizəyə başlamağı təklif edir.

Təşkilat təklif edir ki, təbii ehtiyatlar üzrə şirkətlər bütün hesabatlarını detallı dərc etməyə məcbur edilsin.

Şirkətlərdə və fondlarda kimin nəyə sahib olması ictimaiyyətə açıq informasiya olsun.

Vergi informasiyası mübadiləsi sərbəst olsun ki, inkişaf etməkdə olan ölkələr vergiləri yığa bilsin.

Hökumətin bütün xərcləri dərc olunmalıdır ki, vətəndaş pulun nəyə və necə xərcləndiyini bilsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG