Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:24

Murad Ədilovun işgəncə ilə bağlı şikayəti təmin edilməyib


AXCP fəalı Murad Ədilov

AXCP fəalı Murad Ədilov

Sentyabrın 3-də Nərimanov Rayon Məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətini təmin etməyib. Bu haqda AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib:

«Murad Ədilovun müraciəti əsasında araşdırma aparmaları ilə bağlı prokurorluq əməkdaşlarının sənəd təqdim edə bilməməsi səbəbindən məhkəmə iki dəfə təxirə salınmışdı. Nəhayət bugün həmin sənədi təqdim etdilər. Müşavirədən sonra hakim bizim iddianın təmin olunmaması ilə bağlı qərar çıxardı. Qərardan apellyasiya şikayəti verəcəyik».

Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb. O, narkotik maddə saxlamaqda ittiham edilir.

Avqustun 13-də Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG