Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

-

Gənclər iş başına gəldi.

Yazıçı Təranə Vahid “Ulduz” jurnalının baş redaktor müavini, yazıçı-ssenarist Vüsal Nuru isə jurnalın nəsr və poeziya şöbəsinin redaktoru vəzifəsinə təyin edilib.

Bu barədə xəbər verən ayb.az saytı təyinatların bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin katibi təyin edilmiş İlqar Fəhminin təşəbbüsü olduğunu bildirir.

Təranə Vahid 1971-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərbaycan gəncləri”, “Panorama”, “Gün səhər”, “Mədəniyyət” qəzetlərində işləyib.

2005- 2009-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətində redaktor və böyük redaktor vəzifələrində çalışıb. 50-dən artıq ədəbi-bədii verilişin, o cümlədən “Carçıfilm” Yaradıcılıq Birliyində lentə alınan “Qismət” adlı bədii, “Müdriklik çadırı- Ömər Xəyyam”, “Çörək haqqı”, “Şirvanşahlar” sənədli televiziya filmlərinin ssenari müəllifidi. Həsən bəy Zərdabi mükafatçısıdır.

“Cənnətdən yuxarı...” adlı nəsr kitabının müəllifidir.

Vüsal Nuru 1981-ci ildə anadan olub. Müxtəlif mətbuat orqanlarında və televiziyalarda çalışıb. Gəncə Dövlət Unuversiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

“Yağış damlasıyam”, “Eybəcərlər adası”, “999” “Prezidentin qızı” kitablarının müəllifidir. Əsasən fantastik ədəbiyyat nümunələriylə diqqəti cəlb edir. Dövlət sifarişiylə çəkilən 5 seryalın ssenari müəllifi, 2 qısa metrajlı filmin ssenarisi və rejissoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG