Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:07

«Naxtel» Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarında da fəaliyyət göstərmək üçün müraciət edib.

Naxçıvan Muxtar Respublikasının (NMR) «Naxtel» CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb.

«APA-Economics»in məlumatına görə, bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

«Hazırda «Naxtel» Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarında da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rominq xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik», - deyə nazir qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG