Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:58

Bakıda MDB onkoloq və radioloqlarının tədbiri başlayıb


Bəd xassəli şişlərin diaqnostikası və müalicəsində yeni istiqamətlər müəyyənləşdiriləcək. Sentyabrın 28-də Bakıda başlayan MDB onkoloq və radioloqların dördüncü qurultayında bu məsələ əsas müzakirə mövzusudur. Təxminən 16 ölkəni təmsil edən 1000-dən çox həkim və mütəxəssisin iştirak etdiyi tədbirdə həmçinin onkoloji xəstəliklərin artmasına səbəb olan ekoloji faktorlar və tibbin bu sahədə gördüyü işlər da müzakirə ediləcək.


Qurultay çərçivəsində müxtəlif tədbirlərlə yanaşı «Onkologiya-2006» sərgisi də açılıb. Bu sərgidə yeni nəsil dərman preparatları və müxtəlif ölkə onkoloqlarının elmi əsərləri nümayiş olunur. Tədbir oktyabrın 1-də başa çatacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG