Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

Estoniyada səfərdə olan ABŞ prezidenti Barack Obama Tallində Estoniya prezidenti Toomas Hendrik İlveslə mətbuat konfransında “Rusiyanın Ukraynaya təcavüzündən” danışıb və deyib ki, Estoniya heç vaxt tək qalmayacaq.

Obama Estoniyanı regional təhlükəsizliyə ABŞ-ın dəstəyinə əmin edib və deyib ki, istənilən NATO üzvünə hücum olsa, ABŞ-ın onu müdafiə edəcəyi şübhəsizdir.

Obama bildirib ki, Rusiyanın Şərqi Ukrayna böhranındakı rolu NATO-nun müdafiə qabiliyyətini artırmaq zəruriyyətini anlamağa imkan verir.

Estoniya prezidenti bildirib ki, Rusiya Ukraynadakı münaqişənin bir hissəsi olduğunu etiraf etməlidir və gərginliyi azaltmaq üçün addımlar atmalıdır.

İkitərəfli danışıqlardan sonra Obama və İlves Latviya prezidenti Berzins və Litva prezidenti Grybauskaite ilə görüşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG