Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:13

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə 2 milyon 250 min dollar ayrılıb


2007-ci ildə həyata keçirəcəyi tədbirlərlə bağlı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən 2 milyon 250 min dollar vəsait ayrılıb. Komitənin sədri Nazim İbrahimovun verdiyi məlumata görə, 2007-ci il üçün bir çox iri miqyaslı tədbirlər keçirilməsi planlaşdırılır. Bu tədbirlər sırasına Bakıda Azərbaycan-türk diaspor təşkilatlarının I Forumu, Dünya Azərbaycanlıları Alimlərinin I Forumu, dünyada yaşayan Azərbaycan əsilli jurnalistlərin I Forumu, Avropa Azərbaycanlıları Konqresinin ikinci qurultayı, Amerika-Azərbaycan Assosiasiyaları Assambleyasının təsis konfransı daxildir. 2008-ci ildə isə Bakıda XI Türk Dövlət və Cəmiyyətlərin Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayı keçiriləcək.


Cənab İbrahimovun sözlərinə görə, Azərbaycan və türk diaspor təşkilatlarının I Forumuna hazırlıq məqsədilə Dövlət Komitəsi daxilində artıq Təşkilat Komitəsi yaradılıb.


Komitə sədri Azərbaycan diasporunun bugünkü fəaliyyətindən danışarkən qeyd edib ki, onlardan dövlətimiz üçün nəsə tələb etmək hələ tezdir. Çünki dünyadakı Azərbaycan diasporunun təşkilatlanma tarixi azdır: «Dünyada Azərbaycan diasporuna ikili yanaşma var. Məsələn, müxtəlif ölkələrdə xristian millətindən olan hansısa diaspor nümayəndəsi öz fondu hesabına böyük işlər görürsə, azərbaycanlı olan belə şəxslərə buna imkan verilmir, böyük fondlar yaradıb, ölkəmiz üçün hansısa işlər görməsi təpki ilə qarşılanır».


Günün bütün mövzuları

XS
SM
MD
LG