Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

İran müdafiə imkanlarını artıran iki yeni radar sistemi qurub və raket əldə edib.

Havadan Müdafiə-nin rəhbəri general Farzad Esmaili İran televizisiyasına müsahibəsi zamanı deyib ki, Talash-3 raketi istənilən düşmən hədəfini vura bilər.

Esmaili bidirib ki, yeni raket yüksəklikdə olan təyyarəni və ya raketləri vura bilər. Amma o, məsafə barədə detallara varmayıb.

Farzad Esmaili yeni raketin sınaqdan uğurla keçirildiyini vurğulayıb.

Esmaili onu da bildirib ki, Arash-2 və Kayhan adlı iki yeni radat sistemi qurublar. Onun sözlərinə görə, Arash-2 150 km məsafədən pilotsuz təyyərələri aşkar edə bilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG