Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:09

Avtomobil qəzasında 6 nəfər ölüb


Bakının Sabunçu rayonunda 6 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

APA-nın məlumatına görə, qəza Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində baş verib. «Mercedes» markalı avtomobilin «VAZ-2106» markalı avtomobillə toqquşması nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata görə, ölənlərin hamısı «VAZ-2106» markalı avtomobildə olublar. «Mercedes»in sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG