Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Sumqayıtda itkin düşən 2 aylıq körpə tapılıb


Hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib

Hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib

-

21 gün öncə oğurlanan 2 aylıq uşaq tapılıb. DİN və Baş prokurorluq birgə yaydıqları məlumatda bildirirlər ki, 2004-cü ildən Türkiyə vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb:

«O, bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü «İmkansız ailələrə yardım fondu»nun nümayəndəsi kimi təqdim edib».

Rəsmi məlumatda deyilir ki, Xırda Babayeva yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.

Hüquq-mühafizə orqanları Babayevanın Aysel Əhmədova ilə tanışlıqdan sonra onun iki aylıq körpəsini oğurlamaq istədiyini deyir:

«Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıb. Yaranmış fürsətdən istifadə edən X. Babayeva körpəni oğurlayaraq hadisə yerindən qaçıb».

Hadisə avqustun 13-də baş verib. Sumqayıt şəhər sakini Aysel Əhmədova DİN-in «102» xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki «Nəsimi» adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva isə sentyabrın 3-də tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG