Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:58

Erdoğan-a «Heydər Əliyev» ordeni verilib


İlham Əliyev Recep Tayyip Erdoğan-a «Heydər Əliyev» ordeni təqdim edir

İlham Əliyev Recep Tayyip Erdoğan-a «Heydər Əliyev» ordeni təqdim edir

-

Prezidenti İlham Əliyev sentyabrın 3-də Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın şərəfinə rəsmi ziyafət verib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Prezidenti İlham Əliyev Recep Tayyip Erdoğan-a «Heydər Əliyev» ordeni təqdim edib.

«TÜRKİYƏ VƏ ERMƏNİSTAN ARASINDA PROBLEM BİR HALDA HƏLLİNİ TAPACAQ...»

Bakıda Azərbaycan və Türkiyə prezidentləri İlham ƏliyevRecep Tayyip Erdoğan təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş görüş keçirib.

APA-nın məlumatına görə, İlham Əliyev R.T.Erdoğan-ı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. Görüşdə ikitərəfli və beynəlxalq məsələlər də müzakirə olunub. Bütün məsələlərdə tərəflərin mövqeyinin üst-üstə düşdüyü vurğulanıb.

Erdoğan isə bildirib ki, Türkiyə və Azərbaycan rəhbərləri arasında qarşılıqlı ilk rəsmi səfərlər artıq ənənəyə çevrilib və bu da münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Görüşdə bir çox məsələlər müzakirə olunub:

«Türkiyə-Azərbaycan münasibətləri bundan sonra çox fərqli formada inkişaf edəcək. Hazırda bölgədəki problemlər iki ölkənin müştərək çözəcəyi problemlərdir. Əgər Azərbaycanla Ermənistan arasında problem həll olunsa, Türkiyə və Ermənistan arasındakı problem də həllini tapacaq. Əks halda, Türkiyə və Ermənistan arasındakı durum indiki kimi davam edəcək. Münasibətlərimizin inkişafı yönündə səylər eyni qətiyyətlə davam etdiriləcək».

RECEP TAYYİP ERDOĞAN AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Azərbaycanda səfərdədir. Erdoğan səfərdən öncə mətbuata açıqlamasında Azərbaycana gəlişi haqqında danışıb.

Rəsmi qarşılama

Rəsmi qarşılama

O deyib ki, hər iki ölkədə də seçkilərdən sonra ilk rəsmi ziyarətlər Azərbaycana və Türkiyəyə edilməsi artıq adətə çevrilib. O bura həm də Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gəldiyini söyləyib.

Türkiyənin dövlət başçısı azərbaycanlı həmkarı ilə qarşılıqlı əlaqələri və əməkdaşlıq məsələlərini müzakirə edəcəklərini, eyni zamanda, yerli və beynəlxalq hadisələr haqqında da fikirlərini bölüşəcəklərini söyləyib.

«Anadolu» Agentliyinin məlumatına görə, Erdoğan Azərbaycanla Türkiyənin Cənubi Qafqazda imza atdığı strateji layihələrin önəmindən də danışıb:

«Bakı-Tbilisi-Ceyhan Neft Boru Xətti və Bakı-Tbilisi-Ərzurum Qaz Boru Xətti ölkələrimizin enerji sahəsindəki işbirliyinin ən önəmli örnəkləridir. Bu iki layihə Türkiyə ilə Azərbaycan arasındakı ikili əlaqələrlə yanaşı bölgəsəl rifah və inkişafa da yardım göstərməkdədir. Azərbaycan qazını ölkəmizə və ölkəmiz üzərindən Avropaya daşıyacaq olan TANAP və Bakı-Tbilisi-Qars Dəmiryolu Xəttinin tezliklə işə başlaması yönündə çalışırıq».

Erdoğan görüşdə Dağlıq Qarabağ münaqişəsi haqda da fikir mübadiləsi aparacaqlarını dilə gətirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG