Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

«Baztab»: «Azərbaycan İranın düşmənlərinin bazasına çevrilib»


«Baztab» Azərbaycan prezidentinin İrana qarşı yığıncaq keçirdiyini iddia edir
«Baztab» Azərbaycan prezidentinin İrana qarşı yığıncaq keçirdiyini iddia edir
İranın rəsmi dairələrin yaxın «Baztab» xəbər agentliyi sentyabrın 28-də «Bakı İran separatçılarının sığınacağıdır» başlığı altında dərc etdiyi məqalədə Azərbaycan hökumətini tənqid edib. Sözügedən məqalənin yarımbaşlığı isə belədir: «Amerika və onun müttəfiqləri nüvə məsələsi üzrə İrana qarşı əsəb müharibəsini şiddətləndirdiyi və Qərb mətbuatının İrana hərbi hücum ehtimalından yazdığı vaxtda Bakıda İlham Əliyevin iştirakı ilə İrana qarşı yığıncaq təşkil edilir».

Lakin, Azərbaycan Respublikası yerinə «Şimali İran» sözünü işlədən «Baztab» xəbər agentliyi məqalənin mətnində Azərbaycan prezidentinin İrana qarşı hansı yığıncaqda iştirak etdiyini açıqlamır. Ancaq, belə bir təşəbbüsün mart ayında həyata keçirildiyindən söz gedir. Burada İran əleyhinə Bakıda keçirilən bütün aksiyaların bir başa Azərbaycan hökuməti tərəfindən yönləndirildiyi və onun iştirakçılarının çoxunun «Sionist Azərbaycan yəhudilərindən» ibarət olduğu bildirilir. Daha sonra İran Azərbaycanında baş verən may aksiyalarının həmin təşəbbüslər nəticəsində ortaya çıxdığı və İranın parçalanması məqsədini daşıdığı iddia edilir.


İranın «Baztab» xəbər agentliyi Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun təşəbbüsü ilə təşkil edilən «Güney Azərbaycan Milli Hərəkatı» beynəlxalq forumun da respublika hökuməti tərəfindən dəstəkləndiyini bildirilir. Agentliyin məntiqinə görə, Azərbaycan hökumətinin himayəsi olmadan həmin forumun sentyabrın 13-də Bakının ən bahalı Avropa hotelində keçirilməsi mümkün olmazdı.


İranın sərt xətt tərəfdarlarının orqanı kimi tanınan «Baztab» xəbər agentliyi İran hökumətini bu kimi fəaliyyətlərə göz yummaqda günahlandırır və bununla Azərbaycan respublikasının İranın düşmənlərinin bazasına çevrilməsinə imkan yaratdığını iddia edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG