Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

İslam Dövləti döyüşçülərinin girovu olan daha bir Amerika jurnalisti – Steven Sotloff-un boynunun vurulduğu barədə xəbərlər yayılıb.

Xəbər agentliklərinin məlumatına görə internetdə yayılmış videogörüntüdə “Time” və “Foreign Policy” məcmuələri üçün işləyən müstəqil jurnalist Steven Sotloff-un başının kəsildiyi iddia olunur.

Videonun həqiqiliyi təsdiqlənərsə, İslam Dövləti yaraqlılarının son həftələr ikinci Amerika jurnalistini edam etmiş olur.

Ötən ay Amerika jurnalisti James Foley İD döyüşçüləri tərəfindən edamsayağı öldürülmüşdü. Onun başını kamera qarşısında kəsərək videonu internetdə yaymışdılar. O zaman edamı həyata keçirən şəxsin Britaniya ləhcəsində danışdığı diqqəti çəkmiş və hətta xüsusi xidmətlərinin onun kimliyini müəyyən etdikləri də bildirilirdi.

Bundan başqa məlum olmuşdu ki, Foley-in əvəzində terrorçular külli miqdarda pul istəmiş, ABŞ-ın xüsusi xidmtə orqanları isə onun azad olunması üçün əməliyyat keçirsələr də uğursuzluğa düçar olmuşdular.

Mətbuat yazır ki, ikinci videodakı cəlladın da eyni şəxsin olduğu ehtimal olunur. Öz cinayətini həyata keçirməzdən əvvəl o, "mən geri qayıtmışan" deyir və Amerika rəhbərliyini xəbərdar edir ki, İD-ya qarşı hücumlar dayandırılmasa belə edamlar da davam edəcək. Videonun adı da elə belədir, “Amerikaya ikinci xəbərdarlıq”.

Xatırladırıq ki, birinci edam videosunda Steven Sotloff-un da da edam yerində olduğuna dəlalət edən görüntülər var idi. NYT yazır ki, Steven-in anası Shirley Sotloff video vasitəsilə İD lideri Abu Bakr al-Baghdadi-yə müraciət edərək oğlunun buraxılmasını xahiş edib, deyib ki, onun oğlu jurnalistdir və Amerikanın siyasətinə görə cavab verə bilməz.

Ağ Ev hələlik bu xəbəri rəsmən təsdiq etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG