Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:46

Müsavat Partiyası növbəti qurultaya yer ayrılması üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu haqda AzadlıqRadiosuna partiyanın başqan müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, müraciətdə partiyaya min nəfərlik yer ayrılması istənilib:

«Xüsusi bir yer istəməmişik. 800-100 nəfərlik yerə ehtiyacımız var. Nümunə kimi Opera və Balet teatrını göstərmişik. Ümid edirik ki, müsbət cavab alacağıq».

Müsavat Partiyası özünün 8-ci qurultayını keçirilmək üçün bundan öncə də bir neçə dəfə BŞİH-nə müraciət etmişdi. İcra hakimiyyətinin təklif etdiyi yerlər partiyanı qane etmədiyi üçün qurultay bir neçə dəfə təxirə salınıb.

Partiya qurultayı sentyabrın 27-nə təyin edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG