Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan hər 10 nəfərdən 8-i dövlət sektorunda, neft-qaz şirkətlərində və bank sahəsində çalışanlardır.

Bu barədə Fins.az-a Azərbaycan İpoteka Fondundan (AİF) bildirilib.

Fondun məlumatına görə, indiyədək ipoteka krediti götürən borcalanların 40 faizə yaxını dövlət xidmətində, 16 faizi neft-qaz sektorunda, 22 faizi bank sektorunda və yalnız 22 faizi digər özəl sektorlarda çalışır.

İpoteka krediti alan hər 10 nəfərdən 9-nun aylıq gəliri 500 manatdan artıqdır.

Fond bildirir ki, borcalanların cəmi 7 faizi aylıq gəliri 500 manat qədər olanlardır.

Dövlət xətti ilə ipoteka götürənlər arasında aylıq gəlir 300 manatdan az olanlar da var. Amma onlar ipoteka krediti alanlar arasında cəmi 1 faiz təşkil edirlər.

İpoteka Fondunun məlumatına görə, borcalanların 70 faizə yaxını evli şəxslərdir.

Ipoteka krediti alanların 82 faizi kişilər, 18 faizi qadınlardır.

XS
SM
MD
LG