Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:11

-

Şərq qapısı 28.08.2014

Naxçıvan şəhərində sanitar-epidemioloji vəziyyət sabitdir

...İsti yay günlərində mövcud epidemioloji vəziyyətin necə olduğunu öyrənmək üçün Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Oruc Əliyevlə həmsöhbət olduq:

– Oruc həkim, havaların isti keçməsi ilə əlaqədar ehtimal ediləcək xəstəliklərə qarşı hansı mübarizə tədbirləri aparılır?

– Havaların isti keçməsi ilə əlaqədar bir sıra bağırsaq infeksiyalarının törədici mikroorqanizmlərinin fəallığı artdığı üçün vəba və digər xüsusi xəstəliklərə qarşı əks-epidemik tədbir kimi aprel ayından etibarən mütəmadi olaraq su mənbələri və su anbarlarında suyun xlorlanması ilə bağlı tədbirlər aparılır. Bu müddət ərzində vəbaya görə açıq su hövzələrindən su və ətraf ərazilərdən qarayara, tetanus və digər xəstəliklərə görə torpaq nümunələri götürülərək mərkəzin Xüsusi təhlükəli xəstəliklər şöbəsinin laboratoriyasında yoxlamadan keçirilib.

Naxçıvan şəhərində ət satışı ilə məşğul olan mağazalarda sanitar-gigiyenik qaydalara və gigiyenik normativlərə uyğun olaraq, həmin obyektlərdə Naxçıvan Şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə birlikdə xlorlama işi aparılıb. Ət satışı yerlərində cari dezinfeksiya işləri görülüb, ət satışı ilə məşğul olan şəxslər tibbi laborator müayinəyə cəlb edilib. Heyvan kəsilən yerlərdə, su-kanalizasiya sistemində xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri aparılıb. Dezinfeksiya bölməsinin əməkdaşları tərəfindən 2014-cü il ərzində Naxçıvan şəhəri üzrə yaşayış və qeyri-yaşayış binalarında, inzibati binalarda, məktəb və bağçaların dam örtüklərində və zirzəmilərində, həyətyanı sahələrdə dezinfeksiya tədbirləri həyata keçirilib. Ümumilikdə, cari ilin ötən dövrü ərzində həyata keçirilmiş və hazırda davam etdirilən tədbirlər nəticəsində şəhərimizdə sanitar-epidemioloji vəziyyətin qənaətbəxş olduğunu söyləyə bilərik. Bu vəziyyətin qorunmasında, inanırıq ki, vətəndaşlarımız da hər zaman aktivlik nümayiş etdirməyə davam edəcəklər...

XS
SM
MD
LG