Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:08

Qərb liderlərinə aeroportda «duty free» qadağası


-

Rusiyanın Vladivostok beynəlxalq aeroportunda bəzi Qərb liderləri, ABŞ prezidenti və Ukrayna rəsmilərinin «Duty Free» dükanlarında bazarlıq eləməsinə qadağa qoyulub.

Michael İdov adlı İnstagram istifadəçisi bu barədə öz hesabında yazıb və qadağanın əks olunduğu fotonu paylaşıb.

Ölkə prezidentləri Barack Obama (ABŞ), Angela Merkel (Almaniya), Francois Hollande (Fransa), baş nazirlər Stephen Harper (Kanada), Tony Abbott (Avstraliya), Shinzo Abe (Yaponiya), prezident Petro Poroshenko da daxil olmaqla Ukrayna siyasətçilərinin - baş nazir Arseniy Yatsenyuk, Vitali Klitschko, Yulio Timoshenko və başqa iki adamın adı var.

«Duty Free shop» Adminstrasiyası qərar verib ki, adı çəkilən şəxslər aeroport üçün arzuolanmaz adamlardır və bu mağazalarda alış-veriş edə bilməzlər.

«Duty Free» dünyanın beynəlxalq aeroportlarında, qatar stansiyalarında gömrük rüsumu ödəmədən fəaliyyət göstərən mağazalardır.

Ukrayna böhranı üzündən Qərb Rusiyaya bir sıra iqtisadi sanksiya tətbiq edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG