Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Sakit Zahidovun məhkəməsi təxirə salındı


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Mirzənin məhkəməsi təxirə salındı. Buna səbəb kimi prosesə rəhbərlik edən hakim kollegiyasının ezamiyyətə getməsi göstərilib.


Sentyabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı Şamil Quliyev «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


«Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov bu il iyunun 23-də həbs olunub. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun cibindən 9 qram heroin tapdıqlarını bildiriblər. Sakit Zahidov isə deyir ki, narkotik maddəni onun cibinə polislər qoyub, bu da hökumət nümayəndələri haqqında «Azadlıq» qəzetində yazdığı satirik şerlərə görə edilib.


XS
SM
MD
LG