Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:49

İlqar Nəsibov Türkiyədə müalicədən qayıdıb


İlqar Nəsibov
İlqar Nəsibov

-

Naxçıvanda döyülən hüquq müdafiəçisi İlqar Nəsibov Türkiyədə müalicədən qayıdıb. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı, hüquq müdafiəçisi Məlahət Nəsibova məlumat verib. Onun sözlərinə görə, İ. Nəsibovun vəziyyəti qənaətbəxş olsa da səhhətində bəzi problemlər qalır:

«Van şəhərində «100-cü il Tibb Universiteti»ndə müayinə olundu, 2 gün həkim nəzarətində qaldı. Alnındakı tikişləri sökdülər. Burnunda və sağ gözünün altında qırıqlar var. Aldığı zərbələr sinirlərinə təsir edib, sağ tərəfi normal işləmir. Qabırğalarında da sınıqlar var. Araşdırmaya görə tez qayıtdıq. Müstəntiqlə bu gün danışdıq, dedi ki, araşdırma davam edir. 10 gündən artıq vaxt keçib, cinayət işi başlamayıblar. Görünür, bilərəkdən gecikdirirlər».

Hüquq müdafiəçisi İlqar Nəsibov avqustun 21-də axşam saatlarında döyülüb. Aldığı zərbələrdən huşunu itirən Nəsibovu hadisə yerinə çağırılan polislər və həyat yoldaşı xəstəxanaya çatdırıb. Naxçıvan hüquq-mühafizə orqanlarından zərərçəkənə verilən məlumata görə, hadisədə əli olanlardan biri Fərid Əsgərov saxlanılıb.

İlqar Nəsibovla həyat yoldaşı Məlahət Nəsibova Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin həmtəsisçisidir.

XS
SM
MD
LG