Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55

Nazarbaev Ukrayna böhranının təsirləri barədə xəbərdarlıq edir


Nursultan Nazarbaev

Nursultan Nazarbaev

Ukrayna böhranının daha da dərinləşməsi Qazaxıstan iqtisadiyyatına ziyan vura bilər. Bunu prezident Nursultan Nazarbaev sentyabrın 2-də parlamentdəki çıxışında deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı səbəbindən tətbiq olunmuş sanksiyalar və ticarət qadağaları Rusiya da daxil olmaqla, Qazaxıstanın tərəfdaşlarının iqtisadi artımını əngəlləyəcək, nəticədə Qazaxıstan iqtisadiyyatına təsir göstərəcək.

«Qlobal ÜDM-nin 60 faizini verən dövlətlərin qarşılıqlı sanksiyaları mövcud iqtisadi münasibətlərdə və dünya düzənində ciddi dəyişikliklərə gətirəcək,» Nazarbaev deyib.

Rusiya Avropa Birliyinin sanksiyalarına AB-dən ərzaq idxalını qadağan etməklə cavab verib.

Qazaxıstan, Rusiya və Belarus Gömrük İttifaqında tərəfdaşlardır və Avrasiya İqtisadi Birliyini yaratmağa razılaşıblar. Birlik 2015-ci ilin yanvarından işə başlamalıdır.

UKRAYNA XƏBƏRLƏRİNİ BURADA OXU

Günün bütün mövzuları

XS
SM
MD
LG