Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:30

İranın xarici işlər naziri nüvə razılaşması barədə «nikbindir»


Mohammad Javad Zarif

Mohammad Javad Zarif

-

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyir ki, İranın ziddiyyətli nüvə proqramına dair Tehranla dünyanın altı dövləti arasında razılaşmasının əldə olunacağına «xeyli nikbin» yanaşır.

Zarif bunu sentyabrın 1-də Brüsseldə Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton-la danışıqlardan sonra deyib. Onun sözlərinə görə, noyabrın 24-nə təyin olunmuş son tarixədək durum həll olunacaq:

«Bütün tərəflərdə gördüyüm hazırlıq və siyasi iradəyə əsasən ümid edirəm ki, gələn üç ay ərzində razılıq əldə ediləcək».

Ötən ildən İranla Almaniya, Fransa, Birləşmiş Ştatlar, Britaniya, Rusiya və Çin arasında gərgin danışıqlar gedir. Məqsəd İrana qarşı beynəlxalq iqtisadi sanksiyaların yumşaldılması əvəzində Tehranın nüvə proqramının məhdudlaşdırılmasıdır.

İran nüvə proqramının dinc məqsədli olduğunu iddia edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG