Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:26

Leyla Yunus «Vicdan Məhbuslarının Müqavimət Strategiyası» adlı müraciət yayıb


Leyla Yunus

Leyla Yunus

-

Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus «Vicdan Məhbuslarının Müqavimət Strategiyası» (VMMS) adlı yeni müraciət göndərib.

Repressiyaların gücləndiyini bildirən L.Yunus müdafiə komitəsinin köhnə strategiyasının işə yaramadığını bəyan edir və mərkəzləşmiş Vicdan Məhbuslarının Müqavimət Hərəkatı (VMMH) yaradılmasını təklif edir.

L.Yunus müraciətinin vəkillər vasitəsilə həbsdə olan siyasi məhbuslara təqdim olunmasını, hərəkata dəstək olmağı və KİV-lərdə işıqlandırılmasını nəzərə çatdırır. Müdafiə komitələrinə hərəkat üzvlərinin siyahılarının tərtib olunması irəli sürülür.

Hərəkat adından AŞ Baş katibinə, AŞPA sədrinə Azərbaycanda repressiyaların dinamikasını göstərməklə Azərbaycanın AŞ-sı Nazirlər Komitəsinə rəhbərliyinin yolverilməz olması haqda müraciətlər hazırlanması, deputatlar arasında paylanması təklif edilir. Hərəkat adından müvafiq Avropa Oyunları komitələrinə, bütün Avropa ölkələrinə, AŞ-nın hər bir komitəsinə ayrıca müraciətlər hazırlanması tövsiyə edilir. 2013-cü ilin fevralından bu yana siyasi məhbus həbslərinin dinamikasını əks etdirən mətn hazırlanması və bu mətnin Avropa Oyunları Liqasına və AŞPA-ya ünvanlanacaq müraciətin mətninə əlavə edilməsi nəzərə çatdırılır.

L.Yunus hamıdan müqavimət göstərmək xahişi edərək həbsdə müqavimətsiz keçinməyin mümkünsüz olduğunu qeyd edir. VMMH birləşdirməyi, daha sonra təklifləri irəli sürərək geniş şəkildə müzakirə olunmasını təklif edir. /Turan/

Günün bütün mövzuları

XS
SM
MD
LG