Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

Nawaz Sharif ordu rəhbəri ilə görüşüb


Nawaz Sharif
Nawaz Sharif

-

Məlumatlara görə, Pakistanın baş naziri ordu rəhbəri ilə görüşüb. Sentyabrın 1-də onun istefasını tələb edən etirazçılar dövlət televiziyasının binasını tutub. Ancaq əsgərlər onları binadan çıxara bilib.

Baş nazir Nawaz Sharif və general Raheel Sharif görüşü keçirilən vaxt İslamabadda gərginlik qalır.

Minlərlə nümayişçi parlament binası və baş naziri Nawaz Sharif-in evinin yaxınlığında təhlükəsizlik qüvvələri ilə toqquşub. Avqustun 30-dan bəri 3 nəfər ölüb, yüzlərlə yaralı var. Müxalifət lideri Imran Khan və populist ruhani Tahir ul-Qadri-nin tərəfdarları Sharif-in evinə girməyə çalışır. Onun istefası tələb olunur. Nawaz Sharif 2013-cü il parlament seçkilərini saxtalaşdırmaqda ittiham olunur.

Birləşmiş Ştatlar etirazçıları zorakılıqdan çəkinməyə çağırıb. Dövlət Departamentinin sözçüsü Jen Psaki deyib ki, Vaşinqton «bütün tərəfləri zorakılığa əl atmamağa... hüququn aliliyinə hörmət qoymağa» çağırıb. Onun sözlərinə görə, insanların dinc nümayiş hüququ var, ancaq onlar zorakılıqla «siyasi sistemi qeyri-konstitusion yolla dəyişə» bilməzlər.

XS
SM
MD
LG