Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:23

-

İslam Dövləti (İD) qruplaşmasının yaraqlıları İraqın şimalında «etnik təmizləmədə» günahkardır. Bunu sentyabrın 2-də yaydığı hesabatda Amnesty İnternational (Aİ) insan haqlarını müdafiə təşkilatı bildirir.

Hesabatda qırğınların şahidləri tükürpədici hadisələr danışırlar. Aİ bildirir ki, söylənənlər İD yaraqlılarının «hərbi cinayətlər» törətdiyini göstərir.

Hesabata görə, «İD tərəfindən törədilən qırğınlar və oğurlamalar İraqın şimalında azlıqlara qarşı etnik təmizləmə dalğasına dair yeni dəlildir».

Sənəddə deyilir ki, avqustun 3-də Qiniye və 15-də Koço kəndlərində «öldürülənlərin sayı... yüzlərlədir».

Aİ onu da vurğulayır ki, İD yaraqlıları Sincarda kənd yerlərini qanlı ölüm sahələrinə çevirib və məqsəd bütün qeyri-ərəb və qeyri-sünni müsəlmanların kökünü kəsməkdir».

Günün bütün mövzuları

XS
SM
MD
LG