Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:15

«Bakı-Xəbər»: «Rusiya GUAM-ı Azərbaycan vasitəsilə dağıdacaq?»


«Yeni Azərbaycan» qəzetindəki «Hərbi qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var» başlıqlı məqalədə bildirilir ki, bu sahədə fəaliyyət göstərən Təşəbbüs Qrupu 10 konseptual təkliflə çıxış edib. Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyinin sədri Yaşar Cəfərli hərbi qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Bu sahədə peşəkar ordunun ən qısa zamanda yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, hərbi qanunvericiliyin NATO standartları səviyyəsində hazırlanması, hərbi qulluqçuların sosial problemlərinin həlli kimi məsələlərin ön plana çəkildiyini qeyd edib. Y.Cəfərli bundan əlavə, Təşəbbüs Qrupunun Silahlı Qüvvələrə daimi ictimai nəzarətin təmin olunması məqsədilə Prezident Yanında İctimai Şuranın yaradılması, sülh dövründə müddətli həqiqi hərbi xidmət keçənlərin çağırış yaşının 18-dən 27-dək müəyyən edilməsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial və hüquqi müdafiəsinin təmin olunması məqsədilə dövlət proqramının işlənib hazırlanması kimi təkliflər də irəli sürdüyünü bildirib.


«Bakı-Xəbər» qəzetindəki «Rusiya GUAM-ı Azərbaycan vasitəsilə dağıdacaq?» başlıqlı məqalədə müəllif iddia edir ki, Moskva özü üçün təhlükəli hesab etdiyi təşkilatın əhəmiyyətsiz quruma çevrilməsi üçün rəsmi Bakı ilə işbirliyinə gedə bilər. Müəllif yazır ki, Gürcüstan və Moldova prezidentlərinin BMT tribunasından səslənən fikirlərindən aydın oldu ki, postsovet məkanında mövcud konfliktlərin həllində maneə yaradan əsas faktorlardan biri də Rusiyadır. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun fikrincə, Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Qarabağ nümayəndələrinin BMT-də təmsil olunmaması sözügedən münaqişələrin təşkilatda müzakirəsini obyektivlikdən uzaq edir. GUAM-ın xarici siyasətində Rusiyanın mövqeyinin nəzər alınmasının vacibliyi isə hələ prezident İlham Əliyev tərəfindən cari il mayın 23-də təşkilatın Kiyevdə keçirilən sammitində xüsusi olaraq vurğulanıb. Ekspertlərə görə, əslində, Azərbaycanın təşkilata üzv digər ölkələrə mühüm əhəmiyyət kəsb edən məsələlərdə zidd mövqedən çıxış etməsi GUAM-ı əhəmiyyətsiz bir quruma çevirə bilər ki, Rusiyanın da məhz buna çalışacağı ehtimal olunur.


«Şərq» qəzetinin əməkdaşı yazır ki, ötən il­lər­lə mü­qa­yi­sə­də 2006-cı il­də bü­tün məh­sul­la­rın sa­tış qiy­mə­ti ba­ha­laş­dı. Bu ar­tım özü­nü da­ha çox ər­zaq məh­sul­la­rın­da, xü­su­sən də ət və ət məh­sul­la­rı­nın və kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın qiy­mə­tin­də gös­tər­di. Ke­çən il­lə mü­qa­yi­sə­də nə­zə­rəçar­pa­caq də­rə­cə­də qiy­mət ar­tı­mı­nın baş ver­mə­si­nə rəğ­mən açıq­la­nan rəs­mi sta­tis­ti­ka­da inf­lya­si­ya­nın sə­viy­yə­si­nin yük­sək ol­ma­dı­ğı gös­tə­ri­lir. Be­lə ki, rəs­mi açıq­la­ma­lar­da ha­zır­da Azər­bay­can­da inf­lya­si­ya­nın sə­viy­yə­si 6 fa­iz gös­tə­ri­lir. Am­ma bu gös­tə­ri­ci xa­ri­ci təş­ki­lat­la­rın açıq­la­dı­ğı rə­qəm­lər­dən fərq­lə­nir. Çün­ki ay­rı-ay­rı bey­nəl­xalq təş­ki­lat­la­rın açıq­la­dı­ğı he­sa­bat­lar­da biz­də­ki inf­lya­si­ya­nın sə­viy­yə­si­nin 12 fa­iz­dən ar­tıq ol­du­ğu bil­di­ri­lir. Sa­biq mil­lət və­ki­li, iq­ti­sad­çı alim Əli Əlir­za­yev də he­sab edir ki, Azər­bay­can­da inf­lya­si­ya­nın sə­viy­yə­si rəs­mi sta­tis­ti­ka­da gös­tə­ri­lən ki­mi de­yil. Onun bil­dir­di­yi­nə gö­rə, ha­zır­da Azər­bay­can­da inf­li­ya­si­ya­nın sə­viy­yə­si 10 fa­iz­dən az de­yil. Ə.Əlir­za­ye­və gö­rə, inf­lya­si­ya­nın sə­viy­yə­si­nin aşa­ğı ol­du­ğu­nu de­mək yox, onu ya­ra­dan sə­bəb­lə­ri aş­kar­la­maq la­zım­dır. Bu sə­bəb­lə­rin sa­yı­nın çox ol­du­ğu­nu qeyd edən iq­ti­sad­çı he­sab edir ki, əha­li­nin əmək haq­qı­sı­nın həc­mi bu sə­bəb­lər sı­ra­sın­da so­nun­cu yer­də du­rur.


«Gündəlik Azərbaycan» qəzetindəki «İctimaiyyət Eynulla Fətullayevin müdafiəsinə qalxdı» başlıqlı məqalədə müəllif həmsöhbətlərinin Daxili İşlər naziri Ramil Usubovun «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiası üzrə keçirilən məhkəmə prosesinə və çıxarılan hökmə münasibətini öyrənib. Politoloq Eldar Namazov bu qərarı dünya praktikasında rast gəlinməyən bir qərar adlandırıb. Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət də jurnalistin yazısına görə həbsini absurd sayır: «Əgər biz demokratik cəmiyyət qurmaq istəyiriksə, məmurlar mətbuata qarşı tolerantlıq nümayiş etdirməlidirlər», - deyə xanım Şövkət bildirib. Sabiq Daxili İşlər naziri, Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov isə hesab edir ki, E.Fətullayev barəsində çıxarılan ədalətsiz məhkəmə qərarı əslində, azad sözə, jurnalistikaya və azad mətbuata qarşı verilən hökmdür.


XS
SM
MD
LG