Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:54

Məni qayçıladılar kökümdən...


Məlihə Əzizpur
Məlihə Əzizpur

-

Arazın o tayından

Məlihə Əzizpur

ŞEİRLƏR

Dilim qıfıllanmışdı,

Yoxsa söyləyəcəkdim. . .

Elə, o gündən başlandı

İçimdə dustaqlandığım

O gündən başlandı

Taykeşik düşdüyüm!

Dilim qıfıllanmışdı

Yoxsa söyləyəcəkdim . . .

Məni qayçıladılar kökümdən

Yaralı yerimdən cücərdim.

Düşüncə‌mi güllə‌lədilər

Şəhid düşdü sözcüklərim

Və, xına yaxıldı barmaqlarıma

Sükutum . . .

Dilim qıfıllanmışdı

Yoxsa söyləyəcəkdim dərdlərimi . . .

Adını kəsdilər dilimdən

Dilimi kəsdilər ağzımdan.

Onun üçün,

Qapaz çalındı başıma

Yaralı keçmişim.

Ürəyimdə titrə‌di,

Alatoran gələcəyim . . .

Dilim qıfıllanmışdı, yoxsa . . .

Dilini qoy ağzıma

Anadilimlə söyləyim

Muqəddəs adını bir dönə,

ANA! . . .

Qoy, işıq mahnısı ilə dolsun:

" VƏTƏN"

Və, yeni‌dən

And ocağım olsun qucağın

Ey, Ana . . . Vətən . . .!

.........................

Gözləri;

Nəhəngləri ölmüş dəniz.

Ürəyi; Yuvası odlanmış göyərçin . . .

Siqarası, damağında olardı həmişə.

Torpağa yoldaş,

Çörəyə qardaş!

Kimsə qonaq çağırmazdı onu

Əziz günlərdə.

Görüşünə kimsə gəlməzdi,

Bayramlarda.

Təvəkkül qoxuyardı səhər tezdənləri.

Şükürlə boyanardı gün batanları.

Əlləri tikanlı - qabarlı.

Saçları pıtlaşıq-torpaqlı . . .

Beli bir az bükülü

Və yorğun yerişi . . .

* * *

İndicə çıxardılar qoca fəhləni

Çökmüş divarın altından . . .

..............................

Bugün,

Bağçama əkirəm səni.

Böyüyüncə bəlkə də;

Atama çəlik olasan,

Anama tabut,

Balama beşik,

Özüm üçün dar ağacı . . .

Ancaq ki,

Səni bağçama əkirəm bugün;

Balaca ağac! . . .

....................

Təbriz,

Buz bağlayıb yenə də. . .

Sərçələr - pişiklər

Və, xiyavanda qəzetə satan qoca kişi

Üşüyür . . .

Əllərim donub.

Ayaqlarım züyüldəyir,

Yıxılıram birdən.

Və sən,

Bu ortamda deyirsən;

"Mənim qadınım olarsan mı?" . . .

....................

Mən, sevincləri yağmalanmış,

Payıza rastlamış ağac.

Sən, qanadları uçuş rəngli

Bahar heykəlli Turac.

Mən, sınıq qədəh kimi dağınıq

Sən, qızıl şərab kimi sərxoş.

Mən, qaranlığın sonsuzluğu

Sən, günəşin ışıq yolçusu.

Mən, ölümə doğru son nəfəs

Sən, yaşamı başlayan həvəs.

Mən . . .

* * *

Bax!

Günəş doğub,

Gedə bilərsən . . .

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG