Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:32

NATO Şərqi Avropada çevik hərbi qüvvə yaradır


NATO Baş katibi Anders Fogh Rasmussen bildirib ki, bu həftə alyansın liderlərindən xahiş olunacaq ki, Şərqi Avropada çevik hərbi qüvvənin yaradılmasını təsdiq etsinlər. Bu qüvvə üzv ölkələrə özlərini qorumağa kömək etməlidir.

Rasmussen sentyabrın 1-də Brüsseldə deyib ki, bu qüvvə bir neçə min hərbçidən ibarət olacaq. Ona NATO üzvü olan 28 ölkə rotasiya üsulu ilə hərbçi verəcək.

Rasmussen bildirib ki, NATO 1997-ci ildə Rusiya ilə əldə olunan sazişi pozmaycaq. Həmin saziş NATO-nun Şərqi Avropada mövcudluğuna məhdudiyyət qoyur.

Sentyabrın 4-də Uelsdə NATO sammiti başlanır.

Sammitdə Rusiyanın Ukraynadakı hərəkətlərinə NATO-nun necə cavab verə biləcəyi müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG