Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:26

Separatçılar Ukraynada qalmağa "xüsusi status" istəyir


Minskdə Kontakt qrupunun iclası başlanmazdan əvvəl iclasa gələn Şərqi Ukraynadan olan rusiyapərəst separatçılar bəyanatla çıxış ediblər.

Onlar bildiriblər ki, Ukraynanın tərkibində qalmağa hazır ola bilərlər, bir şərtlə ki, Donetsk və Luqansk regionları ərazisinə "xüsusi status" verilsin.

Bunu Reuters Rusiyanın xəbər agentliklərinə istinadla bildirir.

Separatçıların irəli sürdüyü əsas şərtlərdən biri də - hərbi əməliyyatın dərhal dayandırılmasıdır.

Reutersin fikrincə, ilk baxışdan, separatçıların şərtləri Kiyev üçün məqbul görünmür.

Sentybarın 1-də Minskdə Ukrayna böhranı üzrə Kontakt qrupunun iclası başlanıb. İclasda Ukrayna, Rusiya, ATƏT nümayəndə heyətləri iştirak edir.

Ukraynanı keçmiş prezident Kuchma, Rusiyanı bu ölkənin Ukrnaynadakı səfiri Zurabov, ATƏT-i təşkilatın hazırki sədrinin Ukrayna böhranı üztə nümayəndəsi Taljavini təmsil edir.

İclasa qondarma Donetsk Xalq Respublikasının baş nazirinin müavini Purgin də gəlib.

İclasdan qabaq Purgin deyib ki, o, hərbi əməliyyatların və qurbanların sayının azaldılması üçün təkliflərlə gəlib. Təkliflər 8-9 bənddən ibarətdir.

O deyib ki, “bu gün fikir mübadiləsi olacaq və ortaq mövqelərin tapılmasına çalışılacaq.”

XS
SM
MD
LG