Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:35

Manchester United Falcaonu bir illiyə borca götürdü


Manchester United 28 yaşlı kolumbiyalı hücumçu Radamel Falcaonu Fransanın Monaco klubundan 1 illiyə icarəyə götürdü.

Bunu sazişin bağlanmasına yaxın olan mənbə Reutersə deyib.

Manchester Monacoya 10 milyon avro ödəyib.

Sentyabrın 1-də Avropanın futbol klublarında keçidə ayrılan vaxt bitir.

Monaco Falcaonu Atletico Madriddən 50 milyon avroya alıb. O Monacoda 20 oyunda 11 qol vurub.

Falcao Manchester United klubunda Rooney və Van Persie ilə birlikdə hücumu gücləndirməlidir.

Falcaonun Real Madridə keçəcəyi gözlənilirdi.

XS
SM
MD
LG