Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

«Qasid»: «İlin sonunadək «Azadlıq»a borcumuzu ödəyəcəyik»


Jurnalistlərin «Qasid» qarşısında aksiyası

Jurnalistlərin «Qasid» qarşısında aksiyası

-

Avqustun 27-də «Azadlıq» qəzetinin kollektivi «Qasid» mətbuat yayımı firmasının Bakıdakı mərkəzi ofisi qarşısında piket keçirmişdi. Aksiyada firmadan qəzetə olan borcun ödənməsi tələb edilmişdi. «Azadlıq»ın rəhbərliyinin verdiyi məlumata görə, «Qasid»in bu qəzetə 80 min manata yaxın borcu var.

Sentyabrın 1-də «Qasid» mətbuat yayımı firmasının rəhbəri, deputat Mirkazım Kazımov bu məsələ ilə bağlı «Media forum» saytına danışıb.

Mirkazım Kazımov bildirib: «Borcumuz olan qəzetlərlə razılığa gəlmişik. Razılaşmaya əsasən, qəzetlərə borclarımızı müəyyən müddət ərzində hissə-hissə ödəyəcəyik. «Azadlıq» qəzetinin əməkdaşları həmişə aksiya keçirir. Onların yalnız bir problemi var. Hər aksiyadan sonra şəxsən özüm qəzetin rəhbərliyi ilə görüşüb cavablarını vermişəm. Son aksiya zamanı mən işdə olmadığım üçün görüş də olmayıb. Amma qəzetə olan yeni borclarımız ödənilir. Bizim onlara əvvəldən qalma 70 min manat borcumuz var. Ayrı-ayrı təşkilatların bizə abunə borcu qalıb. İlin sonunadək həmin borcları alan kimi «Azadlıq»a olan borcumuzu ödəyəcəyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG