Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:51

Ukraynada döyüşən xaricilər-Mətbuat icmalı


 Igor Strelkov xeyir-dua alır
Igor Strelkov xeyir-dua alır

-

Washington Post qəzetinin fikrincə, Ukrayna hadisələrinin Rusiya cəmiyyətində necə işıqlandırılması göstərir ki, insanlara həqiqəti çatdıran Azadlıq Radiosu kimi medianın olması mühümdür.

Ukraynada vuruşan xarici könüllülər: kim hansı tərəfdə və niyə vuruşur?

Beslan faciəsindən 10 il ötür, ancaq cavabı tapılmayan suallar var.

Dünya mediası bu gün nədən yazır?

“HƏQİQƏTİ GƏTİRƏN AZADLIQ RADİOSU”

“Putinin Böyük Yalanı göstərir ki, azad mətbuat olan yerdə bu azad mətbuata dəstək və həqiqətə ehtiyacı olanlara həqiqəti gətirən Azadlıq Radiosu kimi media mühümdür”.

Bunu Washington Post qəzeti yazır. Məqalə isə belə adlanır: “ Putinin təbliğatı Ukrayna və başqa məsələlər barədə rusiyalıları qaranlıqda saxlayır.”

Washington Post yazır ki, Putin Böyük Yalan tiraniyası qurub, dövlətin idarə etdiyi media həqiqəti elə çevirir ki, qonşu ölkədə baş verənlərdən rusiyalıların əksəriyyəti xəbərsizdir.

Müstəqil medianın və azad məlumatın yoxluğu şəraitində çox az rusiyalı anlayır ki, Rusiya əsgərləri və silahları Ukraynada fəaliyyətdədir.

UKRAYNADA DÖYÜŞƏN XARİCİLƏR

BBC yazır ki, fransızlar, ispanlar, isveçlilər, serblər Ukraynanın şərqində hər iki tərəfdən vuruşurlar.

Bunlardan ən məşhuru İgor “Strelkov” Girkindir. Məlumatlara görə, o, FSB-də polkovnikdir.

Silahlıların lideri Zakharchenko bir dəfə etiraf edib ki, Ukraynada 3 mindən 4 minə kimi rus könüllüsü vuruşur.

Avqustun 28-də isə o dedi ki, bəzi rus hərbçiləri məzuniyyətini götürüb, Şərqi Ukraynaya döyüşməyə gəlib.

Çeçenlər hər iki tərəfdə vuruşur, ancaq onlar daha çox separatçılar tərəfdədir.

Onlardan ən məşhuru Ruslan Arsayevdir. Luhansk yaxınlığında hökumət qoşunları tərəfində olan Aidar batalyonunun bazasında müsahibə verən Ruslan Arsayev deyir ki, onu Ukraynaya gətirən Putindir. “Putin mənim evimi Stalin Rusiyasına çevirib. Hər küçədə onlarla məlumat çatdıran var”. O, Putinin hakimiyyətini qəbul etmir və deyir ki, yaxın gələcəkdə Çeçenistanda üsyan olacaq.

Fransanın təxminən 20 vətəndaşı hər iki tərəfdə vuruşur.Bu məlumatı avqustun 11-də France İnfo radiosu verib.

25 yaşlı Viktor Lenta Le Monde qəzetinə deyib ki, Əfqanıstanda, Fil Dişi sahilində və Çadda desant qoşunlarında vuruşub. 25 yaşlı Nikola Perovic isə əslən serbdir. O da desantçı kimi Əfqanıstanda döyüşüb. Onlar separatçılar tərəfdədir.

47 yaşlı Gaston Besson, əksinə, Ukrayna qoşunları tərəfdə vuruşur. O özünü solçu inqilabçı adlandırır. O deyir ki, Xorvatiyadan Kolumbiyaya qədər müxtəlif qaynar nöqtələrdən keçib. O hər gün onlarla e-mail aldığını bildirir. Xüsusilə Finlyandiya, Norveç, İsveç kimi ölkələrdən. Onların hamısı döyüşməyə gəlmək istəyir. Bunu iyun ayında Eurasinet yazırdı.

Solçu ispanlar Angel Davilla-Rivas və Rafa Munoz Perez separatçılar tərəfdə vuruşur. Onlar Reutersə deyiblər ki, bununla İspaniyada vətəndaş müharibəsi vaxtı SSRİ-nin göstərdiyi dəstəyə minnətdarlıqlarını bildirirlər.

Kiyev Post qəzetinin məlumatına görə, hökumət tərəfdə də vuruşan ispanlar var.

İsveçli snayper Dina Newman hökumət qoşunları tərəfdədir. O BBC-yə deyib ki, hökumət qoşunları tərəfində ona görə vuruşuir ki, “ağ adamlar yaşamalıdır”. O deyir: “Mən fikirləşsəydim ki, ağ adamlar yaşamamalıdır, onda axmaq olardım”.

Polşa hökuməti Ukrayna qoşunları tərəfdə polyakların olması məlumatlarını danır.

Separtaçılar tərəfdə isə azı 1 polyak vuruşur. Basrtosz Becker özünü “Polşada terrorçu NATO bazalarına qarşı çıxan azad polşalıların” təmsilçisi sayır.

Amerikalıların Ukraynada döyüşməsi haqda məlumat yoxdur. Yeganə istisna ukraynalı-amerikalı Mark Gregory Paslavskydir. Franko ləqəbi ilə tanınan 55 yaşlı Paslavsky Nyu Yorkda investisiya bankiri olub. O, Ukraynaya korrupsiyanın kökünü kəsmək üçün gəldiyini deyirdi və Ukrayna vətəndaşlığı da almışdı.

Müharibə başlayanda hökumət qoşunları tərəfdə vuruşmağa gedib və İlovayskda öldürülüb.

Gürcüstan, Belarus, Baltik ölkələri, Finlyandiya, Norveç, Kanada, Xorvatiya, Sloiveniya, Çexiya və Rusiyadan olan adamlar könüllü kimi Ukraynaya ordusu tərəfdə vuruşur.

Separtaçıların lideri Zakharchenko isə avqustun 17-də deyib ki, yaraqlılar tərəfdə türklər və rumıniyalılar da var.

BESLANIN SUALLARI

Beslan faciəsindən 10 il keçdi, ancaq suallar hələ də cavabsız qalır. Bunu yazan Moscow Times qəzeti xatırladır ki, 2004-cü il sentyabrın 1-də 32 silahlı terrorçu Şimali Osetiyanın Beslan şəhərində məktəbdə 1110 nəfəri girov götürdü. 3 gün davam edən bu hadisələrdə 385 adam öldü, onlardan 156-sı uşaqlar idi. 700 adam xəsarət aldı.

Girovları kim götürmüşdü, bu, aydındır. Ancaq məktəbə hücumu kim təşkil etmişdi? – bu sualın cavabı bəlli deyil.

Hökumət qoşunları girovlar saxlanan idman zalında bomba partlayanda hücuma keçdi.Ancaq bundan 22 saniyə sonra başqa bir bomba partlayıb. Bunun səbəbi indiyə kimi məlum deyil.

Bəzi girovlar deyirlər ki, partlayıcı raket atəşindən sonra işə düşüb. Həmin raket hökumət qoşunlarının yerləşdiyi binadan əsgərlərdən biri tərəfindən atılıb.

Ancaq rəsmi versiyaya görə, ikinci partlayışı terrorçular törədib.

Terrorçuların bəziləri qaça bilib. Bu da müəmmalı məsələdir. Rəsmi versiyaya görə, 32 hücumçudan 31-i öldürülüb, bir nəfər əsir alınıb. Ancaq girovlar və hücumun təşkilatçılarından olan çeçen yarqlılarının lideri Şamil Basayev deyirdi ki, bəziləri qaça bilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG